Avro Fransadakı prezident seçkilərindən sonra ucuzlaşdı

Avronun Fransada prezident seçkisində Emmanuel Makronun qələbəsindən sonra bahalaşması qısa ömürlü olub.

Qafqaznews.az “Marja”ya istinadən xəbər verir ki, “NatWest Markets”ə görə, Makronun seçkidə qələbəsi onsuz da məzənnədə əks olunmuşdu (avro/dollar 1,10-a qalxmışdı).

İndi nəzərlər cümə günü Avropa Mərkəzi Bankının (AMB) iclasına və ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisindən sonra FED-in faiz artırmasına dair gözləntilərə çevrilib.

Avro/dollar Makronun qələbəsindən sonra 0,2% bahalaşaraq ən yüksək səviyyəyə 1,1023-ə çatıb. Daha sonra 0,3% düşərək 1,0965 səviyyəsinə enib.

Avro/yen 124,59 ilə bir ilin ən yüksək səviyyəsinə yüksəlməsindən sonra 0,1% düşərək 123,77-ə enib.

Qeyd edək ki, Makron Marin Le Penin seçki nəticələrini qəbul etməsindən yarım saat sonra etdiyi çıxışında ölkədəki parçalanmanı aradan qaldırmağa çalışacağını bildirib (birlik mesajı verib). Makron səslərin 65%-ni, ifrat sağçı Le Pen isə 35%-ni toplayıb.

Xatırladaq ki, Fransada prezident seçkiləri Azərbaycanda da avronun qiymətinə təsir edib. Avro manat qarşısında 0,10% ucuzlaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR