Le Pen məğlubiyyətini belə qeyd etdi – VİDEO

Fransada prezident seçkilərində Emmanuel Makrona məğlub olan Marin Le Pen seçkilərin nəticələrindən sonra məğlubiyyətini tərəfdarları ilə rəqs edərək qeyd edib.

Oxu.Az xəbər verir ki, videonu Fransanın TF-1 telekanalı nümayiş etdirib.

Bağlı məkanda çəkilən kadrlarda Marin Le Pen öz tərəfdarları əhatəsində şən mahnı sədaları altında gülümsəyərək rəqs edir.

Daha öncə Fransada prezident seçkilərində “En Marche!” (“İrəli!”) hərəkatının lideri Emmanuel Makronun qalib gəldiyi barədə məlumat yayılmışdı. E.Makron 65,82%, onun rəqibi “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 34,18% səs toplayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR