Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinə 60 min turist gəlib.
Bunu Kiyev şəhər Dövlət Administrasiyasının Turizm İdarəsinin rəhbəri Anton Taranenko deyib.
Onun sözlərinə görə, turistlərin 20 mini xarici, 40 mini isə yerli turistlərdir.
Xatırladaq ki, “Eurovision-2017” mahnı müsabiqəsinin final mərhələsi bu gün yerli vaxtla 22:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq. Finalda 26 ölkənin təmsilçisi iştirak edəcək.
Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) 12-ci sırada çıxış edəcək.