116 illik tarixində ilk dəfə elitaya vəsiqə qazandı

Fransanın 2-ci Liqasında mövsüm başa çatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, turnir cədvəlinə əsasən “Strasbourg” və “Amiens” növbəti mövsüm elitada oynayacaq. “Troyes” isə Liqa 1-də 18-ci yeri tutacaq klubla pley-off oyunları keçirəcək. “Amiens” 116 illik tarixində ilk dəfə yüksək dəsətədə oynamaq hüququ qazanıb.

Maraqlıdır ki, bu klub son turda “Reims”in qapısına əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə yol tapparaq (2:1) 3 xalı aktivinə yazdırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR