Sahibkarlığa Kömək Milli Fondunun layihələr üzrə ayırdığı vəsaitin həcmi bəlli oldu

Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə 2477 sahibkarlıq subyektinə 189.4 milyon manat güzəştli kredit verilib.

Oxu.Az fonda istinadən xəbər verir ki, kreditlərin hesabına 8106 yeni iş yeri yaradılıb. Kreditlərin 82.3%-i aqrar sektorun, 17.7%-i müxtəlif sənaye sahələrinin inkişafına verilib. Konkret olaraq, aqrar sektorun inkişafı ilə bağlı 2351 (94.9%) layihəyə 156 (82.3%) milyon manatadək güzəştli kredit ayrılıb.

Kreditlərin 74%-i respublikanın regionlarının, 26%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşüb. 2016-cı il ərzində kiçik həcmli 2402 layihəyə 22.9 milyon manatadək güzəştli kredit verilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR