Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq – XƏBƏRDARLIQ

Sabah Bakının Yasamal və Xətai rayonlarının qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) Oxu.Az-a bildirilib.

Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, yeni çəkilmiş 500 mm-lik polietilen qaz xəttinin mövcud qaz xəttinə qoşulması və orta təzyiqli qaz xətti üzərində quraşdırılmış RDUK-200 tipli qaz tənzimləyici qurğunun yenisi ilə əvəzlənməsi  ilə əlaqədar iyunun 9-da saat 09:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq.

Görülən işlər zamanı Yasamal və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR