“Dövlət qulluğuna qəbulla bağlı yeni müsahibə qaydaları hazırlanıb. Milli Məclisdə “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər qəbul edildikdən sonra həmin müsahibə qaydaları təsdiq olunacaq və biz dövlət qulluğuna qəbulu yeni müsahibə qaydaları əsasında həyata keçirəcəyik”.
Qafqaznews APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.
B. Xəlilov qeyd edib ki, dövlət qulluğuna qəbulun test mərhələsində iştirak ödənişlidir: “Test imtahanı mərhələsində iştirakın tarifləri Tarif Şurası tərəfindən təsdiq olunub. Müsahibə mərhələsində iştirakın ödənişli keçirilməsi barədə hələlik qərar qəbul olunmayıb”.