Bakıda 20024 şagirdin “Son zəng”i çalınacaq – AÇIQLAMA

Bakıda 20024 şagirdin “Son zəng”i çalınacaq.

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525 nəfər bitirəcək.

İdarədən Oxu.Az-a verilən məlumata görə, paytaxtda 45 321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.

Cari tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 387 373, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 327, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 2 603 şagird olmaqla, ümumilikdə 392 303 şagird təhsil alıb.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində  28 165 müəllim fəaliyyət göstərir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR