Yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralı – Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) “APA-Economics”ə verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
“Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”, – deyə məlumatda vurğulanıb.