Mahnı oxuyun ki, sağlam olasınız

Amerikalı həkimlər iddia edirlər ki, oxuma insan orqanizminə çox yaxşı təsir edir.
Alimlər bir neçə klinikada xəstələrin arasında eksperiment aparıblar. Xəstələrə tez-tez mahnı oxumaq təklif ediblər. Eksperimentin nəticəsində məlum oldu ki, oxuma xəstələrdə ağrıların azalmasına, orqanizmin bərpa olunmasına yaxşı kömək edir.23851
Həkimlər izah edirlər ki, oxuma zamanı insan orqanizmi oksigenlə zənginləşir və nəticədə ürək,  ağ ciyərlər və beyin daha yaxşı işləməyə başlayır, insanda əzələ tonusu yaxşılaşır.
Ekspertlər bildirirlər ki, oxuma köməyi ilə kəkələmə, stres və hətta artıq çəkidən də azad olmaq mümkündür.(saglamolun.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR