İlqar Mikayıloğludan ANS-ə cavab: “Mənim daha sözüm yoxdur”

e8458207211186b3439dea83d25e3b89“Mən dəfələrlə bu barədə açıqlama vermişəm, danışmışam. Mənim ANS-lə müqaviləm bitib. Buna görə də telekanaldan ayrılmışam”.

Bunu AzVision.az-a açıqlamasında ANS-dən çıxan tanınmış jurnalist İlqar Mikayıloğlu bildirib.

ANS prezidentinin müşaviri Mais Məmmədovun “yəqin İlqar yağlı tikə tapıb ki, işdən çıxıb” fikrinə jurnalist cavab verib:

“Mənim daha sözüm yoxdur. Bu məsələ mənim üçün bitdi. Daha heç nə demək istəmirəm”.

Xatırladaq ki, ANS prezidentinin müşaviri Mais Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, aparıcının özü ərizə yazaraq, işdən çıxmasını istəyib: “Onun özü ərizə yazdı və işdən çıxmaq istədi. Ən pis hallarda da o işdən çıxmaq istəyəndə biz onu saxlayırdıq. Amma bu dəfə təkid etsəkdə işdən çıxdı. Ərizə yazdı və getdi. Nə edə bilərik”,-deyə telekanal sözçüsü əlavə edib.

İ.Mikayıloğlu isə M.Məmmədovun dediklərinin tam əksini bildirib. Qeyd edib ki, işdən öz ərizəsi ilə deyil, müqavilə müddəti başa çatdığı üçün çıxmaq məcburiyyətində qalıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR