“Zoom”un təsisçisi 6 milyard dollarlıq səhmlərini hədiyyə etdi

“Zoom Video Communications” şirkətinin təsisçisi Erik Yuan səhmlərinin 40%-ni naməlum şəxslərə hədiyyə edib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Hədiyyə olunan səhm paketinin dəyəri təxminən 6 milyard dollardır.

E.Yuan 18 milyon ədəd “Zoom” səhmini adı gizli saxlanılan iki şəxsə bağışlayıb.

Bunadək o, 15%-lik səhm paketilə “Zoom”un Direktorlar Şurasında həlledici səsə malik idi. Hədiyyə olunan səhm paketinin şirkət səhmlərinin 6%-ni təşkil etdiyi bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR