Fransanın keçmiş prezidenti saxtakarlığa görə də mühakimə olunacaq

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci ilin prezident seçkisi kampaniyası zamanı mənimsəmə və saxtakarlıq ittihamı üzrə mühakimə olunacaq.

“Report” xəbər verir ki, məlumatı “FRANCE 24” yayıb.

Bildirilib ki, o, aksiyalara və tərəfdarları ilə görüşlərə 24 milyon dollardan artıq maliyyə vəsaiti xərcləyib. Onda Sarkozinin seçki qərargahının əməkdaşları xərcləri ödəmək üçün saxta hesablarla maliyyə fırıldağına əl atıblar.

Keçmiş prezident baş verənlərdən xəbərsiz olduğunu bildirib.

İttihamlar təsdiqlənərsə, Sarkozini daha bir il həbs və 4 500 ABŞ dolları məbləğində cərimə gözləyir.

Xatırladaq ki, 2007-2012-ci illərdə Fransa prezidenti olmuş Nikola Sarkozi korrupsiyada ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın 2 ili şərtidir. O, real həbs cəzası almış ilk Fransa prezidentidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR