“O, hətta hansı kağızı imzaladığını belə, anlamır” – Tramp Bayden barədə danışıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden anlaqsız haldadır.

Bu barədə martın 23-də ABŞ-ın sabiq Prezidenti Donald Tramp «Newsmax TV» kanalına müsahibəsində bəyan edib.

Teleaparıcı xatırladıb ki, Bayden təsadüfən vitse-prezident Kamala Harrisi prezident adlandırıb və bununla əlaqədar 25-ci əlavəni də xatırladıb. Əlavə prezident səlahiyyətlərinin vitse-prezidentə ötürülməsini nəzərdə tutur. Belə ötürmənin səbəbi isə dövlət başçısının ölümü və ya öz vəzifələrini yerinə yetirmək qabiliyyətində olmamasıdır.

«Bu, çox ciddi məsələdir, ümid edirəm ki, bu heç vaxt baş verməyəcək, amma nə isə baş verir və bu, sərsəmlikdir – Tramp bildirib – Sual yaranır: o, başa düşürmü ki, nəyi imzalayır? O, Berni Sandersdən pisdir… hətta Berni Sanders Baydenin imzaladığını imzalamazdı».

Təyyarənin trapında Baydenin yıxılması insidentini şərh edərkən, Tramp bəyan edib ki, ABŞ-da daha azad mətbuat yoxdur.

«Mənim üçün bu, gözlənilən idi… biabırçı yıxılma idi, o, bir neçə dəfə büdrədi. Və bu barədə meynetim KİV-də (intim qalmaqalları sevən KİV-lər) danışmadılar, bu biabırçılıqdır, inanmaq mümkün deyil, daha heç bir azad mətbuat yoxdur» – Tramp telekanala müsahibəsində bəyan edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR