Azərbaycan Premyer Liqası başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, cari çempionatda da 8 komanda – “Neftçi”, “Qarabağ”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Keşlə”, “Qəbələ” və “Səbail” mübarizə aparacaq.
Sayca yubiley – 30-cu mövsümün ilk turu 2 oyunla başlayacaq. Günün ilk matçı Masazırda keçiriləcək “Sabah” “Bank Respublika Arena”da “Səbail”lə qarşılaşacaq. Start fiti saat 18:30-da veriləcək görüşü Rəşad Əhmədov idarə edəcək. Bu, komandaların ölkə çempionatında 11-ci dueli olacaq. Əvvəlki qarşılaşmalardə hərəyə 4 qələbə qazanan tərəflər 3 görüşdə sülhə razılaşıblar. Topların nisbəti də bərabərdir – 12-12. “Səbail” son 2 oyunda qol buraxmayıb. “Sabah” isə evdəki son 5 matçda uduzmayıb.
Günün son oyununda Azərbaycan Kubokunun son finalçıları – “Keşlə” və “Sumqayıt” üz-üzə gələcək. “ASK Arena”dakı matçın baş hakimi Kamal Umudlu olacaq. Klublar arasında əvvəlki 51 görüşün 16-da meydan sahibləri, 9-da qonaqlar qalib gəliblər. 10 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbəti də paytaxt təmsilçisinin xeyrinədir – 51:35. “Keşlə” son 3 matçda qalib gəlməyib. “Sumqayıt” isə ardıcıl 7 səfər oyununda qol vurub.
Premyer Liqa2021/22 mövsümüI dövrə, I tur
14 avqust18:30. “Sabah” – “Səbail”Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid HacıyevHakim-inspektor: Ramil DiniyevAFFA nümayəndəsi: Elgiz Abbasov”Bank Respublika Arena”.
20:30. “Keşlə” – “Sumqayıt”Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar HəsənliHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Erkin Hüseynov”ASK Arena”.
Qeyd edək ki, tura avqustun 15-də oynanılacaq “Zirə” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR