Şəhriyar Məmmədyrovun qazancı müəyyənləşdi

ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi başa çatıb.Qaynarinfo yarışın rəsmi saytına istinadən xəbər verir ki, “Saint Louis Rapid and Blitz 2021” adlanan mərhələ ümumilikdə 9 rapid və 18 blitz turdan ibarət olub. 10 şahmatçının mübarizə apardığı yarışda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edib. Qrossmeysterimiz bu yarışda 17 xal toplayaraq 6-cı pilləni tutub. Mərhələnin qalibi isə 24 xalla ABŞ şahmatçısı Hikaru Nakamura olub. Fabian Karuana isə 21 xalla turniri ikinci pillədə bitirib. İlk “üçlüy”ü macar şahmatçı Rixard Rapport qapayıb.Yarışın qalibi adını qazanan Nakamura 37 500, ikinci yerin sahibi Karuana 25 000, üçüncü pilləni tutan Rapport isə 20 000 ABŞ dolları məbləğində mükafat əldə edib. altıncı və yeddinci yerləri bölüşmüş həmyerlimiz Şəhriyar Məmmədyarovla, Leyner Dominqez hərəsi 9 500 dollar qazanıb.“Grand Chess Tour” şahmat seriyasının növbəti mərhələsi bu gün start götürəcək. Beşinci mərhələ şahmatın klassik növü üzrə keçiriləcək və “Sinquefield Cup” adlanacaq. Yarışda yenə də 10 şahmatçı iştirak edəcək. Bu mərhələnin ümumi mükafat fondu isə 325 000 ABŞ dolları olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR