Batumidə çökən binanın dağıntıları altından daha 2 nəfərin meyiti çıxarılıb.
“Report”un yerli bürosu xəbər verir ki, onlar ana və onun yetkinlik yaşına çatmayan uşağıdır.
Hadisə zamanı ölənlərin sayı 8-ə yüksəlib. Daha 1 nəfərin axtarışları üzrə işlər davam etdirilir.