Kamran Həsənlidən SƏRT AÇIQLAMA: – “İnsanları yaltaq, başıboş, əxlaqsız etmək üçün…”

“Bizi qıcıqlandıran o qədər səbəblər var ki, buna görə çoxdandır ki, ailəlikcə, Azərbaycan efir məkanına baxmırıq”.

Bunu tanınmış teleaparıcı Kamran Həsənli efir məkanı, verilişlər və aparıcıların səviyyəsi ilə bağlı sualımızı cavablandırarkən Yenicag.az-açıqlamasında deyib.

K.Həsənli bəzi rəhbər şəxslərin dırnaqarası əməyinin nəticəsi olaraq teleməkanda özbaşınalığın hökm sürdüyünü bildirib və sərt iradlar səsləndirib:

“İndiki vaxtda Azərbaycanda efirə baxmaq ayıb sayılır; istər aparıcılıq, istərsə də digər şeylərdə. 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan televiziyası yüksək səviyyəyə gəlib çıxmışdı. 2006-cı ildən bu yana müəyyən qüvvələr teleməkanı məhv etməklə məşğul oldular. Onlar əllərindən gələni edərək buna nail də oldular. Gördüyünüz televiziya həmin o dırnaqarası əməyin nəticəsidir. Televiziyanı bu günə qoyan insanların adlarını da hamı bilir. Onlar həbs olunmasalar da, işdən çıxarılıb, ölkəni tərk ediblər. Amma onların kadrları yenə də iş başındadır. Onlar hər vəchlə istəyir ki, toplumu yaltaq, başıboş, ədəbsiz, əxlaqsız etsinlər. Bunun üçün əllərindən gələn hər şeyi edirlər ki, Azərbaycan teleməkanı biabırçı hala düşsün. Elə düşüb də. Efir məkanı o haldadır deyə heç baxmıram da. Buna görə də konkret olaraq hansısa aparıcıdan, yaxud da verilişdən danışa bilmərəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR