Novella Cəfəroğlu Milli Məclisə məktub yazdı… – Amnistiya aktı

Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəşisi Novella Cəfəroğlu Milli Məclisə məktub ünvanlayıb.

Bunu Qaynarinfo-ya açıqlamasında sədrin özü deyib.

Onun sözlərinə görə, müraciətin səbəbi Zəfər Günü ilə bağlı imzalanacaq Amnistiya aktı ilə əlaqədardır:

“Amnistiya aktından məlumatlıyıq. Amnistiya aktına maddələr salınır. Bununla bağlı biz də Milli Məclisə məktubla müraciət etmişik və bəzi maddələrin amnistiya aktına əlavə olunmasını xahiş etmişik. Hazırda gözləyirik”.

Qeyd edək ki, Zəfər Günü ilə əlaqədar böyük Amnistiya aktınını imzalanacağı bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR