Milli Məclis amnistiya aktını qəbul etdi- Təxminən 17 min nəfərə tətbiq olunacaq

Milli Məclis bu gün müzakirəyə çıxardığı “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” sənədi qəbul edib.

Qərar layihəsi deputatların müzakirəsindən sonra səsə qoyularaq, bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Amnistiya aktının qəbulu üçün təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.

Amnistiyanın ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Qərar qəbul edilən gündən qüvvəyə minir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR