Keçmiş SSRİ-nin nüfuzlu səhiyyə naziri vəfat edib

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Səhiyyə Nazirliyinin Kardiologiya üzrə Elmi Tibbi Araşdıma Mərkəzinin fəxri direktoru Yevgeni Çazov 92 yaşında vəfat edib.

Qafqaznews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

O, keçmiş SSRİ-nin nüfuzlu şəxslərindən olub. 1967-1986-cı illərdə SSRİ Səhiyyə Nazirliyi yanında 4-cü Baş İdarəsinin rəisi, 1987-1990-cı illərdə isə SSRİ-nin səhiyyə naziri vəzifəsində işləyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR