Ərdoğan Azərbaycandakı Türkiyə hərbçiləri ilə bağlı sənədi imzaladı

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qanun layihəsini təsdiq edib.Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub. Keçirilən səsvermədən sonra layihə qəbul edilib.Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR