Azərbaycan millisinin yen baş məşqçisi müəyyənləşdi – Türk mütəxəssis təsdiqlədi

Türk mütəxəssis Samet Aybaba Azərbaycan millisinin baş məşqçisi kimi tezliklə rəsmi müqavilə bağlayacağını bildirib.

Bu barədə mütəxəssis Türkiyə mətbuatına açıqlamasında bildirib. Samet Aybaba danışıqların davam etdiyini və son qərarın verilməsinə çox az vaxt qaldığını vurğulayıb.

“Star”ın məlumatına görə, məşqçi təklifi qəbul edib. Qeyd edək ki, 66 yaşlı mütəxəssis karyerası ərzində Türkiyənin “Kayserispor”, “Adana Dəmirspor”, “Ankaragücü”, “Vanspor”, “Gənclərbirliyi”, “Qaziantepspor”, “Trabzonspor”, “Ankaraspor”, “Çaykur Rizəspor”, “Bursaspor”, “Bucaspor”, “Beşiktaş”, “Antalyaspor”, “Eskişəhərspor” və “Sivasspor” klublarını çalışdırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR