NATO Rusiyaya xəbərdarlıq etdi

“Ukrayna sərhədlərinə yaxın yerlərdə Rusiya qoşunlarının böyük və fövqəladə sıxlığını müşahidə edirik”.
“Haber Global” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniya kansleri Angela Merkellə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, Ukrayna sərhəddindəki hadisələri yaxından izlədiklərini bildirib: “Proseslərə nəzarət edirik. Ukraynaya dəstək verməyə davam edəcəyik. Rusiyanı şəffaf olmağa, vəziyyəti mürəkəbbləşdirməməyə çağırırıq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR