Xərçəngdən əziyyət çəkən əməkdar artist evə buraxıldı: – onunla maraqlanan yoxdur

Musiqili Teatrın aktyoru, Əməkdar artist Novruz Qartal xəstəxanadan evə buraxılıb.

Bu barədə Qaynarinfo-ya aktyorun həyat yoldaşı Zərqələm Əliyeva məlumat verib.

O bildirib ki, həkimlər Novruz Qartalın evə buraxılmasını məsləhət görüb:

“Vəziyyəti dəyişməyib. Həkimlər dedi, aparın evə, müalicəsini ev şəraitində davam etdirsin. Biz də gətirdik. İndi bütün ümidlər Allahıdır. Novruz Qartal neçə gündür xəstəxanada, indi də ev şəraitində canı ilə əlləşir, bir adam, işlədiyi teatrın rəhbəri, sözü keçən xalq artistlərinin biri onunla maraqlanmayıb, səhhətini soruşmayıb. Elə bil belə bir aktyor yoxmuş”.

Qeyd edək ki, Əməkdar artist Novruz Qartal xərcəng xəstəliyindən əziyyət çəkir. Aktyor xəstəliyi ilə bağlı Milli Onkologiya Mərkəzində ağır əməliyyat keçirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR