Muğanbank korporativ saytını yenilədi

“Muğanbank” ASC Müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə veb
saytının dizaynını yeniləyib https://muganbank.az/az/ . Beynəlxalq və korporativ
standartlara cavab verən yenilənmiş sayt tamamilə yeni dizaynda hazırlanmış,
müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı məlumat verilib. Yeni saytın
üstünlüklərindən biri yüksək funksionallıq və asan naviqasiyadır.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC
1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 23 filialı və 10
şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə
keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID),
ICBC Bank – Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and
Road Bankers Roundtable Mechanism” (BRBR – “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi
Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə
Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl
İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD),
İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya
Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi
qurumlarla əməkdaşlıq edir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat
almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya  www.muganbank.az  saytına keçid ala
bilərsiniz.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR