ÜST: “Omicron ştamı dünyanın 57 ölkəsində tapılıb”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal epidemioloji vəziyyətə dair həftəlik bülleten yayıldı. Sənəddə qeyd olunur ki, COVID 19-un Omicron ştamı dünyanın 57 ölkəsində tapılıb: “Hazırda 57 ölkədə Omicrona yoluxma halları müəyyən edilib. İndiyədək müəyyən edilmiş halların əksəriyyəti səyahətlə bağlıdır, lakin bu dəyişə bilər. Son iki ayda qeydə alınan COVID-19-a yoluxma hallarının 99,8 faizinin “delta” ştamına yoluxmadır”. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR