Koronavirusa yoluxanların bu günə olan statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 854 yeni yoluxma faktı qeydə alınıb, 1 569 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 613 059 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 591 724 nəfər müalicə olunaraq sağalıb, 8 257 nəfər vəfat edib. 13 078 nəfər aktiv xəstə sayını təşkil edib.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 462, bu günə qədər isə ümumilikdə 5 788 891 test icra olunub.Son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 952, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 468, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 074 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 152 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 150 711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 649 537, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 349 236 təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR