Bu gün qar hansı bölgələrimizə yağıb? – FAKTİKİ HAVA

 Qafqaznews.az ETSN-ə istinadən faktiki hava durumunu təqdim edir:

Soyuq hava kütlələrinin ölkə ərazisinə şərqdən daxil olduğuna görə intensiv və güclü yağıntılar səhər saat 11:00-a olan məlumata əsasən Quba-Qusar bölgəsində qeydə alınıb. Belə ki, düşən yağıntının miqdarı Qusarda 31.0 mm (aylıq normanın 86 %-i) olub. Bakıda və Abşeron yarımadasında sulu qar müşahidə edilib.

Qubada 8.0 mm, Xaçmaz, Neftçalada 7.0 mm, Astara, Lerikdə 5.0 mm, Şabranda 4.0 mm, Altıağacda 3.0 mm, Yardımlı, Qrızda 2.0 mm, Lənkəran, Sarıbaş (Qax), Biləsuvar, Salyan, Cəfərxan, Sabirabad, Şamaxı, Qobustan, Göytəpə, Xaltanda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Pirallahıda 5.0 mm, Bakı, Maştağada 4.0 mnm, Binədə 3.0 mm, Sumqayıtda 2.0 mm, Neft Daşları, Çilov adasında 1.0 mm-dək olub.

Qar örtüyüyün hündürlüyü: Qrız-Qudyalçayda 20 sm, Daşkəsəndə 15 sm, Xınalıqda 15 sm, Qrızda 14 sm, Göygöldə 13 sm, Quba, Qusar, Xaltanda 10 sm, Ağdərə (Ordubad), Sarıbaşda (Qax) 8 sm, Altıağacda 6 sm, Şabranda 3.0 sm olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR