Ukrayna XİN-dən Gürcüstana Saakaşvili ilə bağlı müraciət

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstana müraciət edib Qaynarinfo xəbər verir ki, müraciətdə keçmiş prezident Mixeil Saakaşvilini hərbi hospitaldan həbsxanaya qaytarmamağa çağrılıb.
Mixeil Saakaşvilinin səhhəti buna imkan vermir. Onun əlavə reabilitasiyaya ehtiyacı var. Saakaşviliyə hörmətlə yanaşmağa, onun həyatı və sağlamlığına təhlükə yaradan hərəkətlərə yol verməməyə çağırırıq”.
Qeyd edək ki, Gürcüstanın keçmiş Prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR