Qazaxıstanda maye qazın qiyməti aşağı salındı

Qazaxıstan hökuməti Manqistau vilayətində maye qazın qiymətinin 1 litr üçün 50 təngə (0,11 dollara və ya 20 qəpik – red.) endirilməsi barədə qərara gəlib.

Bu barədə yanvarın 4-də ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hökumət komissiyası Aktau şəhərinin İntımak meydanına toplaşan fəallarla görüşüb və Aktau şəhərinin təşəbbüs qrupu ilə danışıqlar zamanı maye qazın qiymətinin aşağı salınması barədə qəbul edilmiş qərarı açıqlayıb.

Bundan başqa yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirəcəyi elan edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR