Əfsanəvi ürək cərrahı insan ruhunun harada yerləşdiyini açıqladı

Bakulev adına Milli Tibbi Elmi-Tədqiqat Ürək-damar Cərrahiyyə Mərkəzinin prezidenti, “Millətlərin Sağlamlığı Liqası” Ümumrusiya təşkilatının prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya insan ruhunun harada yerləşdiyini deyib.Onun fikrincə, ruh qan dövranı sistemindədir.Qaynarinfo xəbər verir ki, əfsanəvi cərrah jurnalistlərə açıqlamasında “Məndən tez-tez ruhun harada olduğunu soruşurlar. Deyirəm ki, o, qan dövranı sistemindədir. Qan dövranı sistemi dayananda, o, çıxıb gedir”.Bundan bir qədər əvvəl Bokeriya ürəyin təbii qocalma yaşını açıqlamışdı.“Bir daha deyirəm ki, aorta qapağının təbii qocalması haradasa 75 ildən sonra baş verir”, – akademik bildirib. O, aydınlaşdırıb ki, proses dərhal deyil, 10 il ərzində baş verir. Bundan sonra klapan dəyişdirilməlidir. Başqaları üçün “ürək yandırmağın” bununla heç bir əlaqəsi yoxdur.Bokeriya ömrü uzatmağın sadə yolunu da açıqlayıb. Ekspert bildirib ki, həftədə iki saat piyada gəzən insan oturaq həyat tərzinə riayət edəndən 6-8 il daha çox yaşayır

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR