“İyirmi beş manata aldığım məhsul indi 30-u keçib” – ETİRAZ

Müğənni Nura Suri ölkədə ərzaq məhsullarının bahalaşmasından yazıb. İfaçı öz feysbuk səhifəsində bildirib ki, marketlərdə qiymətlər çox qalxıb:

“Hər zaman aldığım məhsulların qiyməti çox artıb. 24-25 AZN olan məhsul 30 AZN-i keçib. 1-2 məhsul alanda bəlkə hiss etmirsiniz, amma bazarlıq edəndə ciddi fərq görünür”.

Onun sözlərinə görə, zaman keçdikcə imkansız adamlara lap çətin olacaq: “Demək olar ki, orta təbəqə çox azdır. Bu artımlar varlıların da gözünə görünmür. Benzin də deyilənə görə, yenə qalxacaq. Kommunal xərclər də artıb, pensiya ilə yaşayan insanlara Allah kömək olsun!”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR