Ağırlıqqaldırma üzrə olimpiya çempionu vəfat edib

Keçmiş SSRİ-nin ağırlıqqaldırma üzrə olimpiya çempionu Viktor Mazin vəfat edib.

“Report”un məlumatına görə, tanınmış idmançı 67 yaşında ikən dünyasını dəyişib.

Viktor Mazin 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, təkanla qaldırmada dünya, iki hərəkətin cəmində olimpiya rekordu müəyyənləşdirib. Mazin həm də SSRİ çempionu olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR