NATO-nun Baş katibi Rusiya-Ukrayna sərhədindəki vəziyyəti açıqladı

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna sərhədindəki son vəziyyəti açıqlayıb.

“TRT Haber”ə xəbər verir ki, o, rəsmi Moskvanın gərginliyin azaldılması istiqamətində hər hansı addım atdığının müşahidə etmədiklərini deyib.

“Əksinə, Rusiyanın Ukrayna sərhədindəki əsgərlərinin sayı artırılır”, – o bildirib.

Qeyd edək ki, son günlər Rusiya qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilməsi barədə xəbərlər yayılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR