“Şəxslərin həbsi korrupsiyanı aradan qaldırmır, kompleks tədbirlər görülməlidir” – hüquqşünas

Əkrəm Həsənov: “Büdcə prosesi şəffaflaşdırılmalıdır, məmurlara yüksək maaş verilməlidir, korrupsiya əməlinə görə isə amnistiya hüququ olmadan ömürlük həbs cəzası verilməlidir”

Bir neçə gün öncə Dövlət Təhlükəsizlik Xidmətinin Müdafiə Nazirliyində həyata keçirdiyi həbslər, həmçinin 10 milyon manatdan yuxarı dövlət vəsaitinin mənimsənilməsinə dair faktların aşkarlanması barədə rəsmi məlumat açıqlandı. Son üç ildə analoji həbslər Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC, Xarici İşlər Nazirliyi, keçmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Yardım Dövlət Fondu, bir sıra xəstəxanalar, həmçinin 10-dan yuxarı rayon icra hakimiyyətində həyata keçirilib, milyonlarla manatlıq korrupsiya faktı aşkarlanıb.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələrindən aydın olur ki, onlarla qurumda dövlət vəsaitlərinin mənimslənilməsinə yol verilib. İl ərzində xidmət tərəfindən ümumilikdə 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 mln manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib. Nəzarət tədbirlərindən 59-u Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən, 77-si Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin qərar və məktublarına, 8-i isə vətəndaş müraciətləri üzrə mərkəzi icra hakimiyyəti orqanlarında, onların tabeli qurumlarında, dövlətə məxsus hüquqi şəxslərdə və bələdiyyə orqanlarında aparılıb.

Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında aparılan nəzarət tədbirləri nəticəsində inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılmış vəsaitin mənimsənilməsi halları müəyyən olunub. Həmçinin, adıçəkilən icra hakimiyyətləri başçılarının aparatlarına maddi təminatı zəif olan sakinlərə yardımların verilməsi məqsədilə ayrılmış vəsaitlərin, habelə  müvəqqəti işə qəbul edilən işçilərə müvafiq iş və ya xidmətləri yerinə yetirmədikləri halda adlarına hesablanaraq ödənilmiş vəsaitlərin aidiyyəti rayon icra hakimiyyətinin məsul şəxsləri tərəfindən geri alındığı və bu kimi digər hallara yol verildiyi, bununla da büdcə vəsaitinin təyinatından yayındırıldığı aşkar edilib.

Xidmətin yaydığı məlumata görə, Azərbaycanın İordaniyadakı səfirliyində mövcud qaydalara zidd olaraq icarə haqqı və kommunal xidmətlər üçün vəsaitin faktiki dəyərindən artıq rəsmiləşdirilməsi və ödənilməsi, xidməti zərurət adı ilə hədiyyələrin təqdim edilməsinin müvafiq qaydada sənədləşdirilmədiyi aşkar edilib.

Korrupsiya ilə bağlı ən çox şikayət olan sahələr açıqlanıb | ENA.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR