Kiyev Rusiya və Belarusla sərhədləri bağlamağa hazırlaşır

Ukrayna Ali Radasına Ukraynanın Rusiya və Belarusla sərhədinin bağlanması haqqında qanun layihəsi daxil olub. 
Qaynarinfo Ukrayna parlamentinin saytına istinadla xəbər verir ki, bunun təşəbbüskarı fraksiya olmayan deputat Oksana Savçuk olub.
Təşəbbüs Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyətin elan edilməsini və Rusiya ilə nəqliyyat əlaqələrinin dayandırılmasını da nəzərdə tutur. “Bu layihənin qəbul edilməsində məqsəd və vəzifələr Ukraynanın milli maraqlarını, Ukrayna dövlətinin ərazi bütövlüyünü və suverenliyini qorumaqdır”, – izahatda deyilir.
Rada artıq qanun layihəsini qeydə alıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR