Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçdi

Xarkov yaxınlığında Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçib.Ukrayna mediası xəbər verir ki, Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri Milli Qvardiyanın bölmələri və ərazi müdafiəsi ilə birlikdə Xarkov şəhərinin ətrafını atəşə tutan rus ordusunun mövqelərinə əks-hücum keçirib, nəticədə rusların bir hissəsi meşəyə qaçıb.Bu barədə Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinegubovun “Telegram” kanalında məlumat verilib: “Hərbçilərimiz Dərqaçi istiqamətində düşmənə növbəti cavab zərbəsi endirib.Gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları artilleriya mövqelərinə və çoxsaylı reaktiv yaylım atəş sistemlərinə əks hücuma keçib. Uğursuz müqavimətdən sonra düşmən ağır silahlar şəklində olan hərbi texnikanı tərk edərək qaçıb”.Sinegubov əmin edib ki, Xarkov tamamilə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi altındadır. Həmçinin, “Düşmən aktiv hücum hərəkətləri etmir, şəhərin kənarındakı yaşayış infrastrukturuna raket və bomba zərbələri endirməkdə davam edir” – deyə o bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR