VEB.RF: Sanksiyalarına görə Rusiyada ilin sonuna inflyasiya 19,3%-ə yüksələ bilər

VEB.RF Araşdırma və Ekspertiza İnstitutu Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı tətbiq edilən sanksiyaların Rusiya Federasiyasının sadə vətəndaşlarına təsirini qiymətləndirib. Qaynarinfo bu barədə RBK-ya istinadla xəbər verir.
Beləliklə, inflyasiyanın səviyyəsi 2022-ci ilin sonuna kimi 19,3%-ə yüksələ, işsizlik 6,2%-ə, sərəncamda qalan real gəlirin azalması isə təxminən 12%-ə qədər ola bilər.
Antiböhran tədbirləri həyata keçirilərsə, bu rəqəmlər azala bilər – xüsusən də, əldə edilə bilən real gəlirin azalması “cəmi” 10% təşkil edə bilər. Söhbət, xüsusən, artıq elan olunmuş qərarlardan – dövlət işçilərinin maaşlarının, sosial müavinətlərin, o cümlədən pensiyaların, eləcə də minimum əməkhaqqının fövqəladə artırılmasından gedir. Bundan əlavə, ekspertlər bütün təşkilatlar üçün sığorta haqlarının dərəcəsinin azaldılmasını, özünüməşğulluq subyektlərinin istifadə edə biləcəyi fəaliyyət növlərinin siyahısının genişləndirilməsini və digər tədbirləri təklif edirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR