Əsas millimiz bu gün yoldaşlıq matçında qüvvəsini sınayıb.
Canni De Byazinin rəhbərlik etdiyi komanda səfərdə Maltanın qonağı olub. Ta Qalidə yerləşən Milli Stadionda baş tutan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə nəticələnib.
Maltanın heyətində 55-ci dəqiqədə Yurgen Deqabriele fərqlənib.
Azərbaycan yığması martın 29-da eyni arenada Latviya ilə qarşılaşacaq.
Tweet