“Ərazi məsələsində heç bir güzəşt olmayacaq” – David Araxamiya

“Biz yalnız bütün dünyanın qəbul etdiyi Ukrayna sərhədlərini tanıyırıq. Heç bir güzəşt olmayacaq”.

Bunu Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri görüşdən sonra David Araxamiya teleqramda yazıb.

“Bizim ilk qələbəmiz danışıqların Belarusdan Türkiyəyə keçirilməsindir. Biz Türkiyəni Ukrayna üçün təhlükəsizlik təminatlarından biri kimi görürük. Dünyanın təhlükəsizlik sisteminin çatladığını bilirik. Bizim təklifimiz var, biz format üzərində işləyirik, lakin Ukrayna üçün yeni təhlükəsizlik təminatı sistemi haqqında heç nə imzalamırıq. Bu, ratifikasiya olunası yeni beynəlxalq müqavilədir. Biz Budapeşt Memorandumundan çox şey öyrənmişik. İşğal olunmuş ərazi məsələsi kimi həll olunmamış problemlərimiz var, ona görə də təminatçılar bu ərazilərdə işləməyəcək. Bəzi ölkələr artıq əvvəlcədən razılıq veriblər. Bu bizim Ukrayna üçün yeni gələcək qurmaq istədiyimiz sistemdir. Həmçinin bu qarantlar Avropa İttifaqına qoşulmağa kömək etməlidir”, – rəsmi Kiyevin nümayəndəsi vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR