“Ukrayna xalqı Rusiyanın hərbi müdaxiləsinə 35 gündür müqavimət göstərir”.Bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yayılan əməliyyat məlumatında bildirilib.“Rusiya Silahlı Qüvvələri Cənubi Gürcüstanın Cənubi Osetiyada yerləşdirdiyi 4-cü və Abxaziyada yerləşdirdiyi 7-ci hərbi bazasını Ukraynaya köçürüb.4-cü bazadan Ukraynaya 3 zirehli texnika, bir osetin və 1 200 rusiyalı əsgər, 7-ci bazadan isə 2 zirehli texnika, 800-ə yaxın əsgər göndərilib.Zaporojya və Xerson vilayələtində düşmən yerli sakinlərə qarşı qanunazidd əməllərini davam etdirir.Müvəqqəti işğal altında olan ərazilərdə ukraynayönlü sakinlər, Ukraynanın dövlət məmurları qarət olunur, saxlanılır. Bu il aprelin 1-dən işğal altında olan Luqansk vilayətində növbəti hərbi səfərbərlik başlayacaq.Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin toplanması ilə bağlı problem qalmaqdadır. Rusiyanın 47-ci tank divizyasının, 26-cı tank alayının hərbçiləri Ukrayna ilə müharibədə iştirak etdikdən sonra müqaviləyə xitam verərək, sonrakı xidməti daimi yerləşdikləri hərbi hissəyə göndərilmələri tələbi ilə ərizələr verməyə başlayıblar.Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 tankı, 7 zirehli texnikası, 2 avtomobili və tankəleyhinə silahı məhv edilib. Rəqib çoxlu sayda canlı qüvvə itirib”, – məlumatda bildirilib.
Tweet