Putini “yaxın dostu” da QINADI

Məşhur fransız kino ulduzu Jerar Depardye Rusiya prezidenti Vladimir Putini qınayıb.

2013-cü ildə Rusiyadan vətəndaşlıq alan və Putinə yaxınlığı ilə tanınan məşhur ulduz, aprelin əvvəlində Parisdəki “Champs-Elysees” teatrında verəcəyi 3 konsertin bütün gəlirinin Rusiyaya veriləcəyini açıqlayıb.

Bundan əlavə Depardye yaxın dostu Putini Ukraynadakı müharibəni davam etdirdiyinə görə qınayıb:

“Rus xalqı Putin kimi hökmdarlarının qəbuledilməz çılğın sürüklənməsinə görə məsuliyyət daşıya bilməz”.

Rusiya və Ukraynanın iki qardaş ölkə olduğu fikrini ifadə edən Depardye müharibənin dərhal dayandırılması və danışıqların aparılmasına çağırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR