Azərbaycanda 16 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 0 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 351 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 199 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 624, bu günə qədər isə ümumilikdə 6 746 085 test icra olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR