Rusiyanın Ukraynadakı bugünə olan İTKİLƏRİ

Rusiya işğalçılarının Ukraynada verdiyi şəxsi heyət itkisi aprelin 27-nə təxminən 22,4 min nəfərə çatıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı belə məlumat yayıb.

Bildirilib ki, düşmənin ən böyük itkiləri ötən gün Kuraxovski və İzyum istiqamətlərində müşahidə olunub, dəqiqləşdirmə aparılır.

Digər itkilər bunlardı:

tanklar – 939 (+21);

zirehli döyüş maşınları – 2342 (+34);

artilleriya sistemləri – 421 (+5);

reaktiv yaylım atəşi sistemi – 149;

hava hücumundan müdafiə sistemləri – 71 (+2);

təyyarə – 185 (+1);

helikopterlər – 155 (+1);

avtomobillər – 1666 (+23);

gəmilər / qayıqlar – 8;

yanacaq və sürtkü yağları olan çənlər – 76;

PUA-lar – 207;

xüsusi avadanlıq – 31;

işə salma qurğuları – 4.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR