ADNA-da törədilən terror aktından 13 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.error hadisəsindən 13 il ötür.Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər – Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.TİA.AZ terror aktı nəticəsində ölənlərin və yaralıların adlarını xatırladır:Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlüNəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlüNeft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlüBiotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlüTələbələr:Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlüBəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlüBağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlüCabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlüAbdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlüBabaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlüAslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlüvə Akademiyaya süd məhsulları gətirən:Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlüYaralananların siyahısı:İsayev KənanMustafa MəhəmmədRüstəmbəyov FaiqŞirəliyev İlkin Azər oğlu (1989-cu il)Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)Axundov RəhmanCəmiyev Elvin Azər oğlu (1989-cu il)Hüseyinli ZemfiraDaas Muavviyyə (Suriya)Seyidəhməd Əmru.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR