Ukrayna MN: “Rusiyanın 24 200 hərbçisi məhv edilib”

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.

Bu barədə Baş Qərargahın feysbuk səhifəsində məlumat paylaşılıb.

Qeyd edilib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək Rusiya, təxminən, 24 200 hərbçisini itirib: “Həmçinin 84 qanadlı raket, 2 567 zirehli döyüş maşını, 1 062 tank, 475-dən çox artilleriya sistemi, 194 təyyarə, 155 helikopter, 1843 avtomobil texnikası, 10 kater və 30 xüsusi texnika vurulub”.

Baş Qərargahdan verilən məlumata görə, son sutka ərzində Rusiyanın ən böyük itkiləri İzyum istiqamətində müşahidə olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR