Baydenin imzaladığı “lend-liz” qanunu nədir? – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə “lend-liz” qanununu imzalayıb.
Bəs “lend-liz” qanunu nədir? Ukraynaya nələr vəd edir?
 yeniavaz.com xəbər verir ki, “lend-liz” ABŞ-ın digər ölkələrə müdafiə qabiliyyətini gücləndirmək üçün hərbi və maddi yardım proqramıdır. Bu yardım xüsusi şərtlərlə icarə əsasında verilir.
İlk dəfə 1941-ci il martın 11-də anti-Hitler koalisiyasına daxil olan ölkələr üçün ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən “lend-liz” qanunu imzalanıb.
Bu qanun müharibə başa çatdıqdan sonra ödəniş etmək şərti ilə hərbi texnika, sursat, xammal, ərzaq tədarükünü nəzərdə tuturdu. Yalnız məhv edilməyən avadanlıqların pulunu ödəmək lazım idi, yaxud da ABŞ-a qaytarıla bilərdi.
Müasir proqram “Ukrayna tərəfindən demokratiyanın müdafiəsi üçün “lend-liz” qanunu” adlanır. Onun şərtləri İkinci Dünya Müharibəsi zamanı imzalanan “lend-liz”in şərtlərinə bənzəyir. Prosedur Rusiya ilə hərbi münaqişə kontekstində Ukraynaya lazımi silah və digər malların tədarükünü sürətləndirməyə yönəlib.
Ukrayna üçün “lend-liz” qanunu 2022-ci il mayın 9-da axşam saatlarında ABŞ Prezidenti Co Bayden tərəfindən imzalandıqdan sonra qüvvəyə minib. Sənəd daha əvvəl ABŞ Konqresi tərəfindən təsdiqlənib.
Yeni qanuna əsasən, ABŞ Prezidenti Ukrayna hökuməti ilə mülki vətəndaşları Rusiyanın hücumundan qorumaq və digər məqsədlər üçün müdafiə təyinatlı malların kreditə və ya icarəyə verilməsinə dair müqavilələr bağlamaq səlahiyyətlərini genişləndirib.
Akt müdafiə təyinatlı məmulatların ixracı ilə bağlı bürokratik prosedurları sadələşdirir. Bu, ABŞ-dan Ukraynaya silah, nəqliyyat, xammal, ərzaq və digər yardımların çatdırılma vaxtının azalmasına səbəb olacaq.
Amerika Prezidenti qanunun qəbulundan sonra 60 gün ərzində malların çatdırılması üçün sürətləndirilmiş prosedurlar yaratmağı tələb edir.
Sənəddə bildirilib ki, Ukrayna hökuməti tərəfindən müdafiə təyinatlı məhsulların istənilən krediti və ya icarəsi geri qaytarılma, kompensasiya və geri qaytarılma şərtlərinə malik olacaq.
Ukrayna üçün “lend-liz” proqramı 2022 və 2023-cü illər üçün nəzərdə tutulub.
Ukrayna hakim partiyası “Xalqın xidmətçisi” sosial şəbəkə hesabında “lend-liz” barədə infoqrafika paylaşıb.
Sözügedən infoqrafikanı təqdim edirik:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR