Səfa Mirzəyev Milli Məclisin Aparat rəhbəri vəzifəsindən AZAD EDİLDİ

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.
O
, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.Onun yerinə hələ ki, təyinat olmayıb.Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub.O, 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyirdi. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR