Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.
Bu barədə Donetsk vilayət Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko milli marafonun efirində danışıb.
Onun sözlərinə görə, ruslar Baxmuta gedən əsas yollardan birini kəsməyə cəhd etsələr də, məğlub olublar.
Kirilenko bildirib ki, dünən, mayın 19-da Avdeyevka, Oçeretovskaya, Marinka, Krasnoqorovka, Toretsk düşmənin atəşinə məruz qalıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR